Qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanması istiqamətində tədbirlər davam etdirilir
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
DİN-dən AYNA.AZ-a verilən məlumata görə, martın 27-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 1 qumbara aşkar edərək götürüblər.