Polis Şabranda qanunsuz ov edən şəxsləri yaxalayıb

Xəbərlər

25.12.2021 - 11:48

Zaur Seyidquliyev və İlqar Məmmədov rayon ərazisində saxlanılıb

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz ov edən şəxsləri saxlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AYNA-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zaur Seyidquliyev və İlqar Məmmədov rayon ərazisində, üzərlərində qanunsuz daşıdıqları silahla ov edərkən yaxalanıblar.

Hazırda faktlarla bağlı RPŞ-də araşdırmalar aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş