Polis “Kalaşnikov”ları təhvil alıb

Xəbərlər

18.12.2023 - 11:10

Beyləqanda iki ədəd “AK-74” markalı avtomat polisə təhvil verilib

Beyləqan rayonunda polis əməkdaşları 2 ədəd "AK-74" markalı avtomatı təhvil götürüb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Qeyd olunub ki, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər zamanı rayon sakini olan bir nəfər tapdığı silah-sursatı təhvil verib.

Belə ki, tapılan 2 ədəd “Kalaşnikov” konstruksiyalı "AK-74" markalı avtomat, 2 ədəd avtomat sandığı və 60 ədəd patron müvafiq qaydada götürülüb. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş