Pezeşkian tələbə etirazçıları ilə dialoqa hazır olduğunu bəyan edib

Dünya

26.02.2026 - 15:20

“İran hakimiyyəti universitetlərdə etirazlar zamanı qaldırılan tələbələrin tələblərinə cavab verməyə hazırdır”

“İran hakimiyyəti universitetlərdə etirazlar zamanı qaldırılan tələbələrin tələblərinə cavab verməyə hazırdır”. AYNA.AZ İran mediasına istinadən bildirir ki, bu sözləri ölkə Prezidenti Məsud Pezeşkyan deyib.

"Əgər kimsə etiraz edərsə, etirazlarını bildirə bilər. Etiraz sosial həyatın dinamizminin əlamətidir və biz universitetlərə baş çəkməyə və tələbələrlə birbaşa ünsiyyət qurmağa hazırıq", - Pezeşkyan kabinet iclasında bildirib.

Prezident deyib ki, "hökumət üzvləri universitetlərdə iştirak etməli və dialoq atmosferi yaratmalıdırlar".

Pezeşkian əlavə edib ki, "bizim vəzifəmiz etirazçıları dinləmək və məsələlərin, problemlərin həlli üçün tədbirlər görməkdir".

Qeyd edək ki, əvvəllər bir neçə İran universitetində hökumət siyasətinə qarşı və dövlət sistemini dəstəkləmək üçün tələbələrin etiraz aksiyaları keçirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş