Pezeşkian Pakistana səfər edəcək

Dünya

30.07.2025 - 16:40

İran Prezidenti Şahbaz Şərifin dəvəti ilə Pakistana səfər edəcək

İran Prezidenti Məsud Pazeşkian avqust ayında Baş nazir Şahbaz Şərifin dəvəti ilə Pakistana səfər edəcək. AYNA.AZ xəbər verir ki, bu barədə İran Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənai bildirib.

Onun sözlərinə görə, Pazeşkian avqustun 11-də Pakistana gedəcək.

Səfər çərçivəsində Pakistan hökumətinin, eləcə də ölkənin mədəni və biznes elitasının nümayəndələri ilə rəsmi görüşlər və danışıqlar aparılacaq.

"Səfər İran və Pakistan arasında siyasi, iqtisadi, dini və mədəni sahələri əhatə edən əlaqələrin daha da inkişaf etdirilməsi məqsədi daşıyır. Xüsusi diqqət regional və transsərhəd əməkdaşlıq, humanitar və iqtisadi əlaqələrin gücləndirilməsi, həmçinin hazırda 3 milyard dolları keçən ticarət dövriyyəsinin genişləndirilməsi məsələlərinə veriləcək", - Sənai deyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş