Pezeşkian Livanı tək qoymamağa çağırıb

Dünya

30.09.2024 - 06:43

Həkimlər Klinikalar SEO Xidməti

“Nəsrullahın öldürülməsi İsrailin beynəlxalq standartlara və çərçivələrə əməl etmədiyini göstərir”

İran Prezidenti Məsud Pezeşkian Nazirlər Kabinetinin iclasında Livana dəstək çağırışı edib və bildirib ki, Livan tək qoyulmamalıdır. AYNA bu barədə “Tasnim”ə istinadən bildirir.

“Biz Livan döyüşçülərinin tək qalmasına və qaniçən rejimin növbə ilə “müqavimət oxu”nun digər ölkələrinə zərbə endirməsinə icazə verə bilmərik”, - deyə Prezident qeyd edib.

Pezeşkian əlavə edib ki, Hizbullah lideri Həsən Nəsrullahın öldürülməsi İsrailin beynəlxalq standartlara və çərçivələrə əməl etmədiyini göstərir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş