Peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət

12.02.2023 - 19:33

Həkimlər Klinikalar SEO Xidməti

COVID-19 əleyhinə vaksinasiya prosesi davam edir

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 250 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 56, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 122, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 64, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 8 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 945 463, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 403 124, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 877 972, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 398 952, pozitiv nəticədən sonra buster doza olunanların sayı 265 415 təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş