Peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət

25.10.2022 - 21:11

Həkimlər Klinikalar SEO Xidməti

COVID-19 əleyhinə vaksinasiya prosesi davam edir

Azərbaycanda son gündə koronavirus əleyhinə 834 vaksin vurulub. Bu barədə AYNA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 390, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 114, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 275, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 55 nəfərdir.

Qeyd edək ki, ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 907 933 təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş


Noldu, Tramp?

Dünən, 15:42 Siyasət