Razılaşma 2030-cu il Dünya Kubokunun sonuna qədər qüvvədədir
Futbolçu kimi Dünya Kubokunun qalibi, məşqçi kimi isə üçqat Çempionlar Liqasının qalibi olan Zinəddin Zidan Fransa milli futbol komandasının baş məşqçisi təyin edilib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Fransa Futbol Federasiyasının prezidenti Filip Diallo deyib.
Razılaşma 2030-cu il Dünya Kubokunun sonuna qədər qüvvədədir.
Zidan komandaya 14 il rəhbərlik edən Didye Deşamı əvəz edib. Deşamın rəhbərliyi altında Fransa milli komandası 2018-ci il Dünya Kubokunu qazanıb, 2022-ci il Dünya Kubokunda və 2016-cı il Avropa Çempionatında ikinci yeri tutub və 2021-ci il Millətlər Liqasını qazanıb.
54 yaşlı Zidan son olaraq İspaniyada “Real Madrid” komandasını çalışdırıb. Onun rəhbərliyi altında Madrid klubu üç dəfə Çempionlar Liqasını, iki dəfə İspaniya çempionluğunu və iki dəfə İspaniya Super Kubokunu qazanıb.