Tom Kruzun qızı rəsmi olaraq atasının soyadından imtina edib

Maraqlı

28.07.2026 - 21:51

20 yaşlı qız Suri Noel adı ilə səs vermək üçün qeydiyyatdan keçib

Aktyorlar Tom Kruz və Keti Holmsun qızı rəsmi olaraq atasının soyadından imtina edib və soyadını Noelə dəyişdirib. AYNA.AZ xəbər verir ki, bu barədə “Page Six”  sənədlərə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Kruzun 20 yaşlı qızı Pensilvaniyada Suri Noel adı ilə səs vermək üçün qeydiyyatdan keçib və bu, onun qanuni adının olduğunu göstərir.

Qeyd olunub ki, ad dəyişikliyi Suri kollec üçün Pensilvaniyaya köçməzdən əvvəl Nyu-Yorkda rəsmiləşdirilə bilər.

Tom Kruz və Keti Holms 2012-ci ildə boşanıblar. Boşandıqdan sonra Suri anası ilə yaşamağa davam edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş