Peskov: “Rusiyanın Gürcüstanda seçkilərə müdaxiləsi barədə deyilənlər əsassızdır”

Dünya

28.10.2024 - 17:14

Həkimlər Klinikalar SEO Xidməti

“Heç bir müdaxilə olmayıb və ittihamlar tamamilə əsassızdır”

“Rusiyanın Gürcüstandakı parlament seçkilərinə müdaxiləsi ilə bağlı ittihamlar tamamilə əsassızdır. Kreml bu iddiaları qəti şəkildə rədd edir”. AYNA xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.

Peskov qeyd edib ki, “bir çox ölkələr üçün bu cür ittihamlar artıq standartdır”.

“Biz bu cür ittihamları qətiyyətlə rədd edirik. Onlar artıq bir çox ölkələrdə standartdır. Demək olar ki, dərhal Rusiyanı müdaxilədə ittiham edirlər. Xeyr, bu belə deyil. Heç bir müdaxilə olmayıb və ittihamlar tamamilə əsassızdır”, - Kreml rəsmisi vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş