“Rusiya qanunlarını pozan qanunsuz şəxslər bununla da cinayətin yayılmasına zəmin yaradırlar”
“Rusiya üçün yalnız qeyri-qanuni miqrantlar problem yaradır. Rusiya ərazisinə qanuni yolla gələnlər problem deyil”. AYNA rus mediasına istinadən bildirir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.
“Miqrantlar problem deyil, problem qeyri-qanuni miqrantlardır”, - deyə o vurğulayıb.
Peskovun sözlərinə görə, “Rusiya qanunlarını pozan qanunsuz şəxslər bununla da cinayətin yayılmasına zəmin yaradırlar”.