“Kim nə deyirsə desin, Rusiya Avrasiya ölkəsi olaraq hələ də Avropanın ayrılmaz hissəsidir"
“Rusiya Avropa üçün əsas təhlükə ola bilməz”. AYNA.AZ TASS agentliyinə istinadən xəbər verir ki, Bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Kremlin sözçüsü Almaniyanın Rusiyanı öz hərbi strategiyasında əsas təhlükə kimi təqdim etməsinə münasibət bildirərkən deyib: "Rusiya Avropa üçün əsas təhlükə ola bilməz. Çünki kim nə deyirsə desin, Rusiya Avrasiya ölkəsi olaraq hələ də Avropanın ayrılmaz hissəsidir".
Aprelin sonlarında Dmitri Peskov Polşanın Baş naziri Donald Tuskun Rusiyaya qarşı ittihamlarının "rusofobiya və quduz militarizmin" açıq təzahürü olduğunu bildirmişdi . Tusk əvvəllər Rusiyanı NATO üzvü olan bir dövlətə hücum etmək planı qurmaqda ittiham etmişdi.