“Vaxt məhdudiyyəti səbəbindən əsaslı müzakirə aparılmayıb”
Rusiya prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko Astanada keçirilən Avrasiya İqtisadi Birliyi (AİB) liderlərinin görüşü çərçivəsində Ermənistanla bağlı bağlı qısa fikir mübadiləsi aparıblar. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.
"Onlar dünən bir neçə dəfə kənarda danışıdılar. Ermənistanla bağlı qısa fikir mübadiləsi aparılıb, lakin əsaslı müzakirə aparılmayıb. Sadəcə vaxt yox idi", - deyə Peskov jurnalistlərə Putin və Lukaşenkonun söhbətləri zamanı Ermənistan məsələsinin qaldırılıb-qaldırılmadığı barədə suala cavabında deyib.
Kremlin sözçüsü əlavə edib ki, liderlər qeyri-rəsmi nahar zamanı "birlikdə çox yaxşı söhbət etmək" imkanına malik olublar.