“Ukrayna ATACMS raketləri ilə Rusiya Aerokosmik Qüvvələrinin bazalarını vura bilməyəcək”
“Ukrayna artıq Amerikanın ATACMS uzaqmənzilli raketlərinin köməyi ilə Rusiya Aerokosmik Qüvvələrinin bazalarına zərbə vura bilməyəcək”. AYNA xəbər verir ki, bu sözləri Pentaqon rəhbəri Lloyd Ostin “Fox News”a müsahibəsində deyib.
ABŞ müdafiə naziri qeyd edib ki, Rusiya artıq öz hava donanmasını raket məsafəsindən çıxarıb.
Eyni zamanda, Ostin əlavə edib ki, Ukraynanın özü yüksək mənzilli pilotsuz təyyarələr istehsal edə bilər.