Pentaqon rəhbəri: "Biz 200 milyard dollar istəməmişik”

Dünya

01.05.2026 - 13:35

Heqset Pentaqonun İrana qarşı müharibə üçün əlavə 200 milyard dollar tələb etmək planlarını təkzib edib

ABŞ müdafiə naziri Pit Heqset ABŞ administrasiyasının İrana qarşı əməliyyat üçün əlavə 200 milyard dollar tələb etmək niyyətində olduğu iddialarını təkzib edib.

AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Senatın Silahlı Qüvvələr Komitəsinin dinləməsində senator Kirsten Qillibrand Heqsetdən Konqresə bu qədər böyük əlavə maliyyələşdirmə üçün mümkün bir sorğu ilə bağlı məlumatlara münasibət bildirməsini istəyib. Buna cavab olaraq Pentaqon rəhbəri deyib: "Biz 200 milyard dollar istəməmişik. Bu rəqəmi haradan əldə etdiyinizi bilmirəm. Düşünürəm ki, bunu xəbərlərdə görmüsünüz və xəbər mənbələrinizdə diqqətli olmağınızı tövsiyə edirəm".

Lakin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin dinləməsində Heqset əvvəllər ABŞ administrasiyasının əlavə Pentaqon maliyyələşdirməsi üçün əhəmiyyətli bir sorğu təqdim edə biləcəyini irəli sürmüşdü. Onun sözlərinə görə, İrana qarşı hərbi əməliyyatın davam etdirilməsi üçün 25 milyard dollardan az vəsait tələb olunacaq və vəsaitin əsas hissəsi tükənmiş arsenalların bərpası üçün nəzərdə tutulub. O mümkün sorğunun konkret ümumi məbləğini açıqlamamışdı.

“Washington Post" əvvəllər ABŞ ordusunun İrana qarşı əməliyyatı davam etdirmək üçün 200 milyard dollardan çox pul istədiyini yazmışdı. Aprelin əvvəlində nəşr həmçinin administrasiyanın tələb olunan məbləği 80-100 milyard dollara endirə biləcəyini bildirmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş