Tikintisi davam edən yolun uzunluğu 1.2 km təşkil edir
Bakı Dairəvi avtomobil yolunu Yeni Yasamal yaşayış massivi ilə, daha dəqiqi Dadaş Bünyadzadə küçəsi ilə birləşdirən yeni bağlantı yolu inşa edilir. Bu barədə AYNA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tikintisi sürətlə aparılan yeni yolun uzunluğu 1.2 km təşkil edir. Yol 2 hərəkət zolaqlı olmaqla inşa edilir. Yol yatağının eni 10 metr, hərəkət hissəsinin eni isə 6 metr təşkil edir.
Ayna.az
Pin up casino Pin-up casino giriş