Paytaxtda qanunsuz silahla gəzən şəxs saxlanılıb

Xəbərlər

11.02.2021 - 14:39

Həkimlər Klinikalar SEO Xidməti

Ondan “Makarov” markalı tapança, bir sandıqça və iki patron aşkar olunaraq götürülüb

 

Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin əməkdaşları qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanması istiqamətində əməliyyat tədbiri həyata keçiriblər.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, şöbəyə əvvəllər dəfələrlə məhkum edilmiş Əli Ağayevin üzərində qanunsuz odlu silah-sursat gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində həmin şəxs qısa zamanda tutularaq polis şöbəsinə gətirilib.

 

Onun üzərinə baxış keçirilərkən “Makarov” markalı tapança, bir sandıqça və iki patron aşkar olunaraq götürülüb. Əli Ağayev silah-sursatın özünə məxsus olduğunu, bir müddət əvvəl tapdığını buna baxmayaraq, polis əməkdaşlarına təhvil vermədiyini bildirib.

 

Faktlarla bağlı 22-ci polis şöbəsində toplanan materiallar araşdırılması üçün Nəsimi Rayon Polis İdarəsinə göndərilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş