Paşinyan Tokayevə Azərbaycanla sülh danışıqları barədə məlumat verib

Aktual

15.04.2024 - 14:02

““Dünyanın kəsişməsi” layihəsi regiondakı vəziyyəti kökündən dəyişə bilər”

““Dünyanın kəsişməsi” layihəsi regiondakı vəziyyəti kökündən dəyişə bilər”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda səfərdə olan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə birgə bəyanatı zamanı deyib.

“Mən həmkarıma Azərbaycanla danışıqlarda son hadisələri təqdim etdim və bu, Ermənistan hökumətinin Ermənistan və Azərbaycan arasında artıq razılaşdırılmış üç prinsip əsasında regionda sabit və davamlı sülhün bərqərar olmasına hazır olduğunu təsdiqlədim”, - Paşinyan bildirib.

Baş nazir qeyd edib ki, Qazaxıstan lideri ilə “Dünyanın kəsişməsi” layihəsini müzakirə edib: “Dövlətlərin suverenliyi və müstəqilliyi ilə bağlı oxşar mövqeyimiz, o cümlədən regional infrastrukturların və nəqliyyat kanallarının şaxələndirilməsində qarşılıqlı marağımız Qazaxıstanla qeyd olunan istiqamətdə birgə işlərin intensivləşdirilməsi üçün münbit zəmin yaradır”.

Müəllif: Ayna.az