Sürücülərə yağışlı hava ilə bağlı <font color=red> XƏBƏRDARLIQ</font>

Aktual

17.11.2020 - 12:55

Həkimlər Klinikalar SEO Xidməti

Piyadalardan isə ancaq səki ilə hərəkət etmələri, avtomobil yollarına çıxmamaları tövsiyə edilir

 

“Yağmurlu hava şəraitində avtomobillərin sürüşmə ehtimalı daha çox olduğundan bu, yol-nəqliyyat hadisəsinin baş verməsini qaçılmaz edir. Bu baxımdan, avtomobil sürücülərindən xahiş edirik ki, digər günlərə nisbətən daha diqqətli olsunlar, sürət həddini minimuma endirsinlər, ara məsafəsini normadan artıq saxlasınlar”. AYNA xəbər verir ki, bu sözlər Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlığında yer alıb.

 

Bildirilib ki, hazırkı hava şəraitini nəzərə alaraq, havaların yağışlı və çiskinli olması, paytaxtın bəzi küçə və prospektlərində gölməçələrin yaranmasına səbəb olub: “Məsələ ilə bağlı aidiyyatı dövlət qurumlarına artıq məlumat verilib. Bununla yanaşı həmin ərazilərdə nəqliyyat vasitələrinin təhlükəsiz və rahat hərəkətini təşkil edilməsi üçün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən gücləndirilimiş iş rejimində xidmət təşkil  edilib. Eyni zamanda, sürücülər belə hava şəraitində nəqliyyat vasitələrinin dövlət nömrə nişanlarını təmiz saxlamalı, avtomobilin şüşəsilənlərini, təkərlərin mövsümi şəraitə uyğun təmin edilməsini və işıq cihazlarının saz vəziyyətdə olmasına eləcədə nəqliyyat vasitəsinin texniki vəziyyətinə nəzarət etməlidirlər”.

 

“Eyni zamanda, sürücülərin avtomobil yollarında yağış sularının yaratdığı gölməçələrdən keçərkən ətrafdakı insanları nəzərə almaları tövsiyə olunur. Çünki yağış sularının toplandığı gölməçələrdən keçərkən ətrafdakı piyadaların üst-başını çirkləndirmək inzibati xəta yaradır. Ona görə də sürücülər diqqətli olmalıdırlar. Piyadalardan isə mövcud vəziyyəti nəzərə alaraq ancaq səki ilə hərəkət etmələri, avtomobil yollarına çıxmamaları tövsiyə edir”, - deyə xəbərdarlıqda qeyd olunub.

Müəllif: Ayna.az