Paşinyan: “Sülh naminə konstitusiya dəyişikliklərinə ehtiyac yaranacaq”

Xəbərlər

27.09.2024 - 10:52

Həkimlər Klinikalar SEO Xidməti

Baş nazir Ermənistanın Konstitusiyanı dəyişdirməyə hazır olduğunu bəyan edib

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Konstitusiya Məhkəməsi Azərbaycanla sülh müqaviləsinin Ermənistanın Əsas Qanununa zidd olduğu qənaətinə gəlsə, o zaman sülh naminə konstitusiya dəyişikliklərinə ehtiyac yaranacaq.AYNA xəbər verir ki, bu barədə Paşinyan BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı bildirib.

“Əgər Azərbaycanla sülh müqaviləsi imzalansa, onun məzmunu əsas qanuna uyğunluğunu yoxlamaq üçün ölkənin Konstitusiya Məhkəməsinə göndəriləcək və Konstitusiya Məhkəməsi müqavilənin Ermənistan Konstitusiyasına zidd olduğu qənaətinə gəlsə, o zaman biz özümüzü çətin vəziyyətə salacağıq. Sülhə nail olmaq üçün konstitusiya dəyişikliklərinə ehtiyac yaranacaq”, deyə bildirib.

Müəllif: Ayna.az