“Tərəflər sərhəddə avropalı müşahidəçilərin yerləşdirilməsi məsələsində razılığa gələ bilməyiblər”
“Bakı ilə sülh müqaviləsi layihəsinin iki maddəsi razılaşdırılmamış qalır”. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Çoxlu təbəqələr, çoxlu nüanslar var. Xüsusilə, tərəflər o cümlədən sərhəddə avropalı müşahidəçilərin yerləşdirilməsi məsələsində razılığa gələ bilməyiblər”, - deyə Paşinyan qeyd edib.
Eyni zamanda, Baş nazir bildirib ki, Bakı hələ də nəqliyyatın blokdan çıxarılması ilə bağlı İrəvanın təklifinə rəsmi cavab verməyib: “İrəvan Bakıya həm erməni, həm də Azərbaycan xalqları üçün məqbul olan təkliflər irəli sürüb”.