“Paşinyan söz eşitməsəydi, çıxış etdiyi meydanda güllələnə bilərdi” – <font color=red> ALEKSANDR SITİN</font>

Aktual

04.03.2021 - 21:43

Rusiyalı analitik: Ona Kremlin təlimatından çıxacağı halda, nələrin baş verə biləcəyini izah etdilər”

 

Ermənistandakı son mitinqlər həm müxalifət, həm də Paşinyan üçün göstərici oldu. Nəticə açıq şəkildə müxalifətin lehinə olmadı. İrəvanın mərkəzi küçələrində daha çox insan toplayan Baş nazir, müharibədə məğlub olmasına və təslim olma aktına imza atmasına baxmayaraq, erməni cəmiyyətinin müxalifətdən daha çox hakimiyyətdə onu görməyə üstünlük verdiyini göstərdi. Və bu, Ermənistan müharibə partiyasının – “Qarabağ klanı”nın bütün mümkün daxili və xarici resurslarının Paşinyana qarşı səfərbər edilməsinə baxmayaraq, baş verdi.

 

Ermənistanda baş verən siyasi qarşıdurmaları AYNA-ya şərh edən “North&Eastern Europe Research Political Center”in rəhbəri, rusiyalı politoloq Aleksandr Sıtin, Ermənistanın tamamilə asılı bir dövlət olduğunu söyləyib: “Siyasəti diasporun müəyyən bir maliyyə və siyasi təsiri ilə müəyyən edilir, lakin bu təsirin siyasi komponenti haqqında heç bir şey bilmirik. Siyasi və hərbi elitanın tərkibinə aid olan hər şeydə Rusiyanın mövqeyi həlledicidir. Bildiyiniz kimi, “çıxış günü”ndən az əvvəl Putinlə Paşinyan arasında telefonda bir söhbət oldu”.

Хочу предупредить азербайджанцев от «доверия» миротворческим ...

Analitik əmindir ki, Paşinyana, sadəcə nə etməli və hansı siyasət yürütməli olduğu deyildi: “Əks halda özünün meydanda güllələnmə arzusunun həyata keçə biləcəyi bildirildi. Deyəsən, Paşinin hər şeyi başa düşdü və başa düşmədiyi təqdirdə, ona qarşı güclü etirazlar hər an bərpa edilə bilər. Hər halda, erməni məsələlərində bir şey başa düşmək istəyənlər üçün hər zaman nəzərə almaq lazımdır ki, İrəvan ən azı fundamental məsələlərdə Moskvanın diktəsi altında yaşayır. Ermənistanın heç bir müstəqil daxili və ya xarici siyasət ola bilməz”.

 

Sıtinə görə, Rusiyada bu qədər çox danışıldığı Ermənistana ABŞ-ın təsiri daha çox mənəvi mahiyyət daşıyır və ciddi bir siyasi, hətta güc bazasına sahib deyil: “Göründüyü kimi, Paşinyan Moskvaya lazımi təminatları verdi və indiyə qədər Baş nazirə Lukaşenkonun misalında Kremlin təlimatından çıxmaq halında, nələrin baş verdiyini göstərərək, onu Qarabağla bağlı razılaşmanın qarantı kimi qoymağa qərar verdilər”.

 

“Kreml Ermənistanda hər şey edə biləcək gücdədir. Ənənəvi siyasi elita Rusiya Federasiyasının Xarici Kəşfiyyat İdarəsi ilə hərtərəfli bağlıdır. Mən Ermənistanın hərbi sistemi haqqında daha az məlumata malikəm, amma, bildiyimə görə, o, Rusiya ilə daha da çox əlaqəlidir. Buna görə Paşinyan, yalnız Kreml onunla maraqlandığı müddətdə vəzifəsində qalır. Və o, bu gün Kremlə yalnız Qarabağla bağlı razılaşmanın imzası və qarantı olaraq və ABŞ-ın özünə simpatiyasına baxmayaraq, hər halda Rusiyanın ehtiyac duyduğu və bölgədə (Rusiya) qeyd-şərtsiz təsirini qoruyan siyasəti davam etdirmək məcburiyyətində qaldığı üçün maraqlıdır”, - deyə analitik fikrini yekunlaşdırıb.

Müəllif: Nicat Hacıyev