Paşinyan Rusiyaya səfər edəcək

Dünya

15.04.2022 - 17:41

Həkimlər Klinikalar SEO Xidməti

Lavrovla Mirzoyan Baş nazirin səfərini müzakirə ediblər

Rusiya və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrov və Ararat Mirzoyan ikitərəfli və regional gündəliyin aktual məsələlərini müzakirə ediblər.

AYNA-nın xəbərinə görə, Rusiya Xarici İşlər Nazirliyinin məlumatında bildirilib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın aprelin 19-20-də Rusiyaya rəsmi səfəri, o cümlədən ikitərəfli sənədlər paketinin imzalanmasına hazırlıq müzakirə olunub.

“Nazirlər Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatların icrası ilə bağlı fikir mübadiləsi aparıblar. Regionda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması, Ermənistan-Azərbaycan sərhədlərinin müəyyənləşdirilməsi üzrə gələcək addımlar da müzakirə edilib", - məlumatda vurğulanıb.

Nazirlər həmçinin Rusiyanın yardımı ilə İrəvan və Bakı arasında sülh müqaviləsinin razılaşdırılması perspektivlərinə toxunublar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş