Paşinyan Rusiyaya səfər edəcək

Dünya

06.07.2021 - 17:14

Həkimlər Klinikalar SEO Xidməti

Paşinyan Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək

 

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Rusiyaya işgüzar səfər edəcək. AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə Baş nazirin Mətbuat Xidmətindən məlumat verilib.

 

Qeyd edilib ki, iyulun 7-də baş tutacaq səfər çərçivəsində Nikol Paşinyan Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

 

"Tərəflər Rusiya-Ermənistan arasında strateji əməkdaşlığı, 2020-ci ilin noyabrın 9-da və 2021-ci ilin yanvarın 11-də imzalanmış üçtərəfli bəyanatın bəndlərinin reallaşdırılması, regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası məsələlərini müzakirə edəcəklər", - deyə məlumatda vurğulanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş