Paşinyan növbəti AİB iclasında şəxsən iştirak edəcək

Dünya

02.06.2026 - 21:12

Baş nazir Ermənistanda parlament seçkiləri kampaniyası səbəbindən Qazaxıstanda keçirilən sammitində iştirak edə bilmədiyini bəyan edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi Birliyinin (AİB) növbəti iclasında şəxsən iştirak edəcəyini açıqlayıb. AYNA.AZ xəbər verir ki, onun fikirləri “RİA Novosti” agentliyi tərəfindən yayılıb.

Jurnalistlər hökumət başçısından növbəti AİB tədbirində iştirak edib-etməyəcəyini soruşublar. "Əlbəttə!", - deyə Paşinyan qeyd edib.

O Ermənistanda parlament seçkiləri kampaniyası səbəbindən Qazaxıstanda keçirilən AİB sammitində iştirak edə bilmədiyini söyləyib.

Baş nazirin sözlərinə görə, o xarici həmkarlarına iştirak etməməsi barədə əvvəlcədən məlumat verib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş