Paşinyan Minsk Qrupunun buraxılması ideyasını dəstəkləyib

Aktual

19.12.2024 - 23:20

Həkimlər Klinikalar SEO Xidməti

“Biz belə bir mövqeyi başa düşürük ki, əgər münaqişə yoxdursa, o zaman münaqişənin həlli ilə məşğul olan formatın olmasının nə mənası var?”

“İrəvan Qarabağ probleminin həlli üzrə ATƏT-in Minsk Qrupunun buraxılması ideyasına konstruktiv yanaşır”. AYNA xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan “Armenpress” agentliyinə müsahibəsində bildirib.

Baş nazir ATƏT-in Minsk Qrupunun buraxılması ideyası ilə bağlı Ermənistanın mövqeyinin necə olduğu sualına “konstruktiv” cavabını verib.

“Biz belə bir mövqeyi başa düşürük ki, əgər münaqişə yoxdursa, o zaman münaqişənin həlli ilə məşğul olan formatın olmasının nə mənası var? Amma biz həm də əmin olmaq istəyirik ki, Azərbaycan da bu məsələyə eyni məntiqlə yanaşır və onun, məsələn, Qərbi Azərbaycan adlanan yerlə bağlı diskurs inkişaf etdirmək istəyi, Azərbaycanın Ermənistan ərazisinə qarşı təcavüzkar siyasət həyata keçirməkdən ibarət deyil”, - deyə Paşinyan qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş