“İyunun ikinci yarısı da daxil olmaqla, yüksək səviyyəli görüşlər keçirmək barədə razılığa gəlmişik"
Aprelin 9-da Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə iyunun ikinci yarısında yüksək səviyyəli görüş keçirmək barədə razılığa gəldiyini açıqlayıb. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu barədə Baş nazir brifinqdə deyib.
"Təkbətək görüşə gəldikdə, biz artıq görüşlər və tədbirlər barədə razılığa gəlmişik. İyunun ikinci yarısı da daxil olmaqla, yüksək səviyyəli görüşlər keçirmək barədə razılığa gəlmişik", Paşinyan qeyd edib.
O həmçinin bildirib ki, İrəvan dəmir yolu məsələlərini Moskvadan gizlin müzakirə etmək niyyətində deyil.
Bundan əlavə, Paşinyan Ermənistanın Rusiya ilə münasibətlərində dostcasına dialoq məntiqinə əməl edəcəyini vurğulayıb.