“Mən bir neçə aydır deyirəm ki, Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq”
“Ermənistan və Azərbaycan Vaşinqtonda sənədlər imzalayaraq artıq sülh bərqərar ediblər”. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.
"Bu gün baş verənlər tarixi hadisədir. Mən bir neçə aydır deyirəm ki, Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq. Bu gün deyə bilərik ki, sülh bərqərar olub. Sülh ölkələrimizin suverenliyi və ərazi bütövlüyü çərçivəsində bərqərar olub", - o deyib.
“Kommunikasiyaların və sərhədlərin açılması Ermənistan iqtisadiyyatına milyardlarla dollar sərmayə cəlb edəcək. Mən ölkə vətəndaşlarını sülh gündəmi ətrafında birləşməyə çağırıram”, Paşinyan əlavə edib.