COVID-19 vaksininin tətbiqi strategiyası haqqında Tibbi-Elmi Komitənin təklifləri dinlənilib
Bu gün TƏBİB-in İdarə Heyəti yanında “COVID-19 virus infeksiyası ilə bağlı preventiv tədbirlərin və yeniliklərin öyrənilməsi ilə bağlı Tibbi-Elmi Komitə”nin növbəti iclası keçirilib.
TƏBİB-dən AYNA-ya verilən məlumata görə, onlayn formatda keçirilən iclasda TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı, TƏBİB-in Tibbi xidmətlər departamentinin müdiri Firəngiz Əliyeva, komitənin sədri, ATU-nun Tibbi mikrobiologiya və immunologiya kafedrasının professoru, t.e.d. Akif Qurbanov və komitə üzvləri iştirak edib.
İclasda koronavirus pandemiyası ilə bağlı ölkəmizdəki vəziyyət, “COVID-19 virusuna qarşı endogen müdafiə resurslarına əsaslanan müalicə üsulunun işlənilməsi” adlı qrant layihəsi, COVID-19 pnevmoniyasının patogenetik müalicəsinə yeni yanaşmalar və s. mövzularda müzakirələr aparılıb.
Sonda, Azərbaycanda COVID-19 vaksininin tətbiqi strategiyası haqqında Tibbi-Elmi Komitənin təklifləri dinlənilib.
Qeyd edək ki, komitə TƏBİB-in İdarə Heyəti sədrinin müvafiq əmri ilə COVID-19 virus infeksiyası ilə bağlı preventiv tədbirlərin və yeniliklərin öyrənilməsi məqsədilə yaradılıb.