Qərarın səbəbləri və təfərrüatları mənbə tərəfindən açıqlanmayıb
Ermənistanın Baş naziri Nikol Paşinyan daxili işlər nazirinin müavini və polis rəisi Aram Ovannisyanı istefaya çağırıb. Bu barədə AYNA.AZ Ermənistanın “ArmLur.am” portalına istinadən bildirir.
Bu qərarın səbəbləri və təfərrüatları mənbə tərəfindən açıqlanmayıb. Hələlik polis rəisinin istefası ilə bağlı rəsmi şərh və ya təsdiqləmə yoxdur.
Ovannisyan 1990-cı ildən daxili işlər orqanlarında çalışır. O 2023-cü il yanvarın 9-dan Ermənistan polisinə rəhbərlik edib. Bundan əvvəl Ovannisyan Ermənistan polisinin rəis müavini vəzifəsini tutub.