Paşinyan: “Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün əla fürsət var”

Aktual

29.05.2024 - 12:03

Həkimlər Klinikalar SEO Xidməti

“Bizim bu işi ən qısa zamanda başa çatdırmaq imkanımız var”

 “Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün əla fürsət var”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri İrəvanda keçirdiyi mətbuat konfransında Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, “problem ondadır ki, sülh müqaviləsinin mətni ilə bağlı hələ də razılıq yoxdur, lakin buna nail olacağına ümid edir”.

“Daha doğrusu, bu razılaşmalar əldə olunub, onlar sazişin mətnində təkrarlanmalıdır və hesab edirəm ki, bizim bu işi ən qısa zamanda başa çatdırmaq imkanımız var”, - Paşinyan bildirib.

Sülh sazişinin harda imzalanacağına gəlincə, o qeyd edib ki, yer və zaman bundan sonra müzakirə olunacaq: “Mən deyə bilərəm ki, bizdə indi ab-havada ciddi dəyişiklik var, lakin bu o demək deyil ki, biz finiş xəttinə çatmışıq, sadəcə imza atmaq qalır”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş