Paşinyan: "Azərbaycan Prezidenti çox mühüm və müsbət addım atıb”

Aktual

22.10.2025 - 13:11

"Bu qərar regionda etimadın bərpası və iqtisadi əlaqələrin inkişafı üçün böyük əhəmiyyət kəsb edir"

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana yüklərin tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq qərarını “mühüm və müsbət addım” adlandırıb və təşəkkür edib. AYNA.AZ xəbər verir ki, Paşinyan bu barədə Tiflisdə keçirilən V İpək Yolu Forumunda bildirib.

"Azərbaycan Prezidenti çox mühüm və müsbət addım atıb. Bu qərar regionda etimadın bərpası və iqtisadi əlaqələrin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Bütün Cənubi Qafqaz üçün sülh həlledici əhəmiyyət kəsb edir", - Ermənistanın Baş naziri deyib.

Paşinyan həmçinin qeyd edib ki, tədbir region ölkələri arasında əməkdaşlığın gücləndirilməsində əsas rol oynayır.

O Gürcüstana dialoq və əməkdaşlıq platforması yaratdığına görə təşəkkür edib, bu təşəbbüsün “region ölkələri arasında sabitliyin və etimadın möhkəmlənməsinə töhfə verdiyini” bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş