“Ən yüksək standartlara cavab verən müasir bir ölkəyə çevriləcəyik"
“Ermənistan Avropa İttifaqına üzvlük qərarından asılı olmayaraq Avropaya inteqrasiyanı davam etdirməkdən faydalanacaq”. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Paşinyan bildirib ki, İrəvan Aİ ilə yaxınlaşmasında təzyiq və ya şantajdan istifadə etmək niyyətində deyil. "Bəli, biz Ermənistanın Aİ-yə qəbul prosesinin başlanması ilə bağlı qanun qəbul etmişik. Lakin bizim strategiyamız şantajdan istifadə etməyəcəyik və elan etməyəcəyik ki, bir ay ərzində bizi qəbul etməlisiniz".
Baş nazir həmçinin vurğulayıb ki, Aİ imtina etsə belə, ölkə islahatlardan faydalanacaq: "Əgər Aİ bizi qəbul etmək qərarına gəlsə, bu, gözəl olacaq. Əks təqdirdə, biz yenə də faydalanacağıq. Çünki ən yüksək standartlara cavab verən müasir bir ölkəyə çevriləcəyik".