Baş nazir ABŞ və Azərbaycan prezidentləri ilə üçtərəfli görüşdə iştirak edəcək
Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 7-8-də ABŞ-a səfər edəcək. AYNA.AZ erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Hökumətinin Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, Paşinyan Ermənistan və ABŞ arasında strateji tərəfdaşlığı dərinləşdirmək üçün Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla ikitərəfli görüş keçirəcək.
Həmçinin qeyd olunub ki, Paşinyan ABŞ və Azərbaycan prezidentləri ilə regionda sülh, firavanlıq və iqtisadi əməkdaşlığın təşviqinə yönəlmiş üçtərəfli görüşdə iştirak edəcək.