“Davam edən müharibələr və beynəlxalq hüququn pozulması bəşəriyyətin gələcəyini faciəvi təhlükə altına qoyur”
“Davam edən müharibələr və beynəlxalq hüququn pozulması bəşəriyyətin gələcəyini faciəvi təhlükə altına qoyur”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Roma Papası XIV Leo Afrikanın dörd ölkəsinə səfəri çərçivəsində Ekvatorial Qvineyada çıxış edərkən deyib.
Papa Yer kürəsinin neft və mineral ehtiyatlarının “kolonizasiya” məqsədilə istismar olunmasını pisləyib və bunun qanlı münaqişələri alovlandırdığını söyləyib: “Əgər siyasi məsuliyyətə yanaşma dəyişməzsə və institutlara, beynəlxalq razılaşmalara hörmət təmin olunmazsa, bəşəriyyətin taleyi daim faciəvi təhlükə altında qalacaq”.