Pakistanın Baş Naziri Azərbaycan xalqını təbrik edib

Xəbərlər

18.10.2020 - 12:23

İmran Xan: “Biz ərazi bütövlüyünü mərdliklə qoruyan Azərbaycan Silahlı Qüvvələrinə sayğı duyuruq”

 

Pakistanın Baş Naziri İmran Xan Azərbaycan xalqını Dövlət Müstəqiliiyi Günü münasibətilə təbrik edib. AYNA xəbər verir ki, bu barədə Baş Nazir “Twittet” səhifəsində paylaşım edib.

 

“Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Biz ərazi bütövlüyünü mərdliklə qoruyan Azərbaycan Silahlı Qüvvələrinə sayğı duyuruq. Pakistan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq nizamlanmasında Azərbaycanla həmrəydir”, - deyə Baş Nazir təbrikində bildirib.

Müəllif: Ayna.az