Pakistanda terror: Çin şirkətinin avtomobil karvanı partladılıb

Dünya

07.10.2024 - 13:51

Həkimlər Klinikalar SEO Xidməti

Hücumun məsuliyyətini “Bəlucistan azadlıq ordusu” öz üzərinə götürüb

Pakistanda terror aktı törədilib. AYNA xarici mediaya istinadən bildirir ki, Çin şirkətinin avtomobil karvanı partladılıb.

Bildirilib ki, avtomobil karvanı Pakistanda kömürlə işləyən iki elektrik stansiyası tikən “Port Qasim Power Generation Co Ltd” şirkətinə məxsus olub.

Çinin Pakistandakı səfirliyi hadisə nəticəsində azı iki nəfər Çin vətəndaşının həlak olduğunu, birinin yaralandığını bildirib.

Pakistan polisinin verdiyi məlumata görə isə hücum zamanı yaralanan 10 nəfərdən birinin vəziyyəti ağırdır.

Hücumun məsuliyyətini Bəlucistan əyalətinin Pakistandan ayrılmasına çalışan “Bəlucistan azadlıq ordusu” öz üzərinə götürüb. Onlar uzun müddətdir ki, ölkənin müxtəlif ərazilərində çinli işçilərə qarşı hücumlar təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş