Pakistanda rusiyalı videobloqer yoxa çıxıb

Dünya

29.10.2024 - 10:55

Həkimlər Klinikalar SEO Xidməti

İqor Babkonun “Taliban” tərəfindən qaçırıldığı ehtimal edilir

Pakistanda rusiyalı velosiped həvəskarı və videobloqer İqor Babko yoxa çıxıb. AYNA rus mediasına istinadən bildirir ki, babko velosipedlə dünyanı gəzir və “YouTube”da Vasya Şupaltse ləqəbi ilə səyahət videolarıpaylaşır. O, sonuncu dəfə oktyabrın 24-də yaxınları ilə əlaqə saxlayıb.

Oktyabrın 26-da Britaniyanın analitik mərkəzinin direktor müavini Faran Cefferi “X” sosial şəbəkəsində yazıb ki, bir çox ölkələrdə, o cümlədən Rusiyada terrorçu kimi tanınan radikal “Taliban” qruplaşması ilə əlaqəli kanallarda “rus velosipedçinin” oğurlanması ilə bağlı məlumatlar yayılıb. Cefferi qeyd edib ki, bu məlumatın rəsmi təsdiqi yoxdur.

“Meduza” qeyd edir ki, bloqer “Taliban”ın Pakistan qanadı ilə əlaqəli olan Hafiz Gül Bahadur qrupu tərəfindən oğurlana bilər. Oğurlayanlar rusiyalı turist üçün fidyə tələb edə bilərlər.

İndiyədək qaçıranlar əlaqə saxlamayıb və heç bir tələb irəli sürməyiblər. Rusiyanın Pakistandakı səfirliyi də vəziyyəti şərh etmir.

39 yaşlı Sankt-Peterburq sakini İqor Babko (Vasya Şupaltse) “YouTube”da və özünün “Vkontakte” səhifəsində velosipedlə dünyanı dolaşmasından danışır. Babko abunəçilərin ianələri hesabına yaşayır, onları səyahətlərinə qoşulmağa dəvət edirdi. Lakin xəbərdarlıq edirdi ki, “səyahət riskləri və öz məsuliyyəti olan əsl macəradır”.

O, sonuncu dəfə “YouTube”da üç gün əvvəl yeni video yerləşdirib və “Telegram” məlumatlarına əsasən, oktyabrın 25-də günorta radələrində bu messencerə baş çəkib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş