Pakistanda 5,8 bal gücündə zəlzələ olub

Dünya

13.02.2026 - 14:52

Episentrdəki təkanların intensivliyinə əsasən, zəlzələ "dağıdıcı" kimi qiymətləndirilir

Bu gün Pakistanın mərkəzində 5,8 bal gücündə zəlzələ qeydə alınıb. AYNA.AZ xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan şöbəsindən bildirilib.

Məlumatlara görə, Bakı vaxtı ilə saat 10:20-də qeydə alınan zəlzələnin episentri Şahdadkot şəhərindən 90 kilometr şimal-qərbdə yerləşib.

Episentrdəki təkanların intensivliyinə əsasən, zəlzələ "dağıdıcı" kimi qiymətləndirilir.

ABŞ Geoloji Xidməti zəlzələnin maqnitudasını 5,5 bal, ocağı isə 10 kilometr dərinlikdə yerləşdiyini bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş