Pakistan “Fatah-4” raketini sınaqdan keçirib

Dünya

15.05.2026 - 10:16

““Fatah-4” uzaq məsafələrdəki hədəfləri yüksək dəqiqliklə vura bilir"

Pakistan “Fatah-4” dəqiq idarə olunan yerüstü kruiz raketini uğurla sınaqdan keçirib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Pakistan İslam Respublikası Silahlı Qüvvələri məlumat yayıb.

Açıqlamada deyilir: "Qabaqcıl avionika və müasir naviqasiya sistemləri ilə təchiz olunmuş “Fatah-4” uzaq məsafələrdəki hədəfləri yüksək dəqiqliklə vura bilir".

Buraxılışın məqsədi qoşunların əməliyyat hazırlığını təmin etmək və dəqiqliyi artırmaq üçün raketin əsas texniki sistemlərini sınaqdan keçirməkdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş