Talış dağlarının əlçatmaz gözəlləri – FOTOLENT

Maraqlı

22.07.2024 - 21:27

Həkimlər Klinikalar SEO Xidməti

Lerik diyarının əcəb seyrangahı var

Qələbin şəlaləsi Lerik rayonunun Piran bölgəsində, Qələbin kəndinin yaxınlığında yerləşir. Veriçayın üzərində, bir-birindən təxminən 200 metr məsafədə olan iki şəlalə var. Hər iki şəlalə kifayət qədər hündür və gursuludur.

Aşağı şəlaləyə getmək istəsəniz, yolsuzluq avtomobilindən istifadə etməlisiniz və bunun üçün yol var. Kənd sakinlərinin öz hesabları ilə düzəltdikləri yolda alt hissəsi aşağı olan avtomobillər çox çətinliklə hərəkət edir. Bu səbəbdən Piran və Dəvrədibi kəndlərinə kimi gəldikdən sonra şəlaləyə qalxmaq üçün yolsuzluq maşını tutmaq olar. Yerli sürücülərə 30-40 manat ödəməklə aşağı şəlaləyə çatmaq mümkündür.

Yuxarı şəlaləyə getmək üçün isə dik cığırlarla, haradasa 1 kilometr məsafə qət etmək lazımdır. İşarələnməyən və kol basmış cığırlarda azmamaq üçün yerli bələdçilərin xidmətindən istifadə etmək, yaxud gediləcək istiqaməti tam dəqiqləşdirib yola çıxmaq məsləhətdir. Çünki hər iki şəlalənin ətrafında və arasındakı məsafədə mobil şəbəkə olmur, internet tutmur. Bu da təcrübəsiz yolçular üçün çətinlik törədə bilər.

Aşağı Qələbin şəlaləsinin yaxınlığında düzənlik yer var və yay aylarında burada çayxana fəaliyyət göstərir. Turistlər burada həm çadır qura, həm də ac qalmamaq üçün yemək sifariş edə bilərlər. Kənd sakinlərinin sözlərinə görə, buraya turistlər ən çox iyun və iyul aylarında gəlirlər. Avqustun ortalarından başlayan yağışlar bir neçə kəndə gələn torpaq yolu keçilməz edir.

Yuxarı Qələbin şəlaləsi ziyarətçisinin az olması və quruluşu baxımından daha təmiz və özünəməxsusdur. 3 tərəfdən şəlaləni əhatə edən qayalarda boşluqlar və kahalar buranı daha maraqlı edir. Bu kahalarda yağışdan qorunmaq, eyni zamanda şəlaləni seyr etmək mümkündür.

AYNA hər iki şəlalədən hazırladığı fotosessiyanı oxucularına təqdim edir:

Talış dağlarının əlçatmaz gözəlləri – Talış dağlarının əlçatmaz gözəlləri – Talış dağlarının əlçatmaz gözəlləri – Talış dağlarının əlçatmaz gözəlləri – Talış dağlarının əlçatmaz gözəlləri – Talış dağlarının əlçatmaz gözəlləri – Talış dağlarının əlçatmaz gözəlləri – Talış dağlarının əlçatmaz gözəlləri – Talış dağlarının əlçatmaz gözəlləri – Talış dağlarının əlçatmaz gözəlləri – Talış dağlarının əlçatmaz gözəlləri – Talış dağlarının əlçatmaz gözəlləri – Talış dağlarının əlçatmaz gözəlləri – Talış dağlarının əlçatmaz gözəlləri – Talış dağlarının əlçatmaz gözəlləri –
Müəllif: İlham Mustafa