Övladlığa verilə biləcək neçə uşaq var?

Cəmiyyət

23.09.2020 - 13:54

Həkimlər Klinikalar SEO Xidməti

Cavid Şahmalıyev: “Övladlığa veriləcək uşaqların sayı təxminən 50 nəfərdir”

 

Hazırda Azərbaycanda övladlığa veriləcək uşaqların sayı təxminən 50 nəfərdir.  AYNA bildirir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə və valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdiri Cavid Şahmalıyev bildirib.

 

Şahmalıyev qeyd edib ki, Agentlik valideyn himayəsindən məhrum olan hər bir uşağın hüquqi statusla övladlığa verilməsinin mümkün olması üzərində işləyir.

 

“Ən vacibi valideynin notarial qaydada uşağının övladlığa verilməsinə razılığının olmasıdır. Yaxud da uşaq itkin düşübsə, onunla bağlı sorğular veririk. Məlum olduqda ki, doğrudan da bu uşağın valideynləri yoxdur, o halda onu övladlığa verə bilərik. Bu hüquqi sənədləşmə Məcəllənin tələblərindən biridir”, - deyə departament müdiri vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş