“Rusiya, Ermənistan və Azərbaycan arasında nəqliyyat kommunikasiyalarına dair üçtərəfli danışıqlar davam edir”
“Cənubi Qafqazda nəqliyyat-kommunikasiya əlaqələrinin açılmasına dair Üçtərəfli İşçi Qrupun danışıqları davam edir. Lakin Ermənistanla Azərbaycan arasında vəziyyətin gərginləşməsi bu fəaliyyətə mənfi təsir göstərir”. AYNA TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.
“Təbii ki, hər hansı kəskinləşmələr həmişə işimizə mənfi təsir göstərir, ləngidir və biz yenidən qayıdıb oturub yenidən danışıqlara başlayana qədər vaxt keçir”, - deyə Overçuk əlavə edib.
Overçuk qeyd edib ki, Rusiya, Ermənistan və Azərbaycan arasında nəqliyyat kommunikasiyalarına dair üçtərəfli danışıqlar davam edir.