Azərbaycan Prezidentindən serbiyalı həmkarına təbrik

Siyasət

14.02.2020 - 20:17

İlham Əliyev Aleksandar Vuçiçi təbrik edib

 

Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Respublikasının milli bayramı münasibətilə Prezident Aleksandar Vuçiçə təbrik məktubu göndərib.

 

AYNA xəbər verir ki, dövlət başçısı Azərbaycan ilə Serbiya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin daim xalqlarımızın maraqlarına uyğun inkişaf edəcəyinə və genişlənəcəyinə əminliyini bildirib.

 

Prezident İlham Əliyev Prezident Aleksandar Vuçiçə möhkəm cansağlığı, işlərində uğurlar, Serbiya xalqına əmin-amanlıq və firavanlıq diləyib.

Müəllif: Ayna.az