Ötən sutka 54 nəfər COVID-19-a yoluxub

Aktual

19.03.2023 - 02:32

34 nəfər müalicə olunaraq sağalıb, vəfat edən olmayıb

Ötən sutka Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 54 yoluxma qeydə alınıb, 34 nəfər müalicə olunaraq sağalıb, vəfat edən olmayıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 829 min 217 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 min 756 nəfər müalicə olunaraq sağalıb, 10 min 153 nəfər vəfat edib. Aktiv xəstə sayı 308 nəfərdir.

Ötən sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1249, bu günə qədər isə ümumilikdə 7 milyon 548 min 451 test icra olunub.

Müəllif: Ayna.az