ÜST dünyaya çağırış edib

Aktual

18.08.2020 - 21:58

“2020-ci ildə hamı qrip əleyhinə peyvənd olunsun”

 

Bu il geniş yayılmış qrip peyvəndi xəstəxanalara yükü azaltmağa və COVID-19 ilə mübarizəni asanlaşdırmağa kömək edəcək. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş məsləhətçisi Bryus Eylvord Cenevrədə keçirilən brifinqdə dünyaya çağırışında deyib.

 

ÜST-dən bildirilib ki, qrip virusuna qarşı testlər aparmağa davam etmək lazımdır: “Koronavirusun mövcudluğuna dair testlərlə yanaşı, bütün dünyada qripə qarşı testlərimizi davam etdirməliyik”.

Müəllif: Ayna.az