FHN xilasediciləri 9 nəfəri xilas ediblər
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 11 halda yanğına çıxış, 6 halda köməksiz vəziyyətdə qalma və 1 yol-nəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-dən AYNA-ya bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 6-sı azyaşlı olmaqla 9 nəfər, o cümlədən qəza zamanı nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalan 1 nəfər xilas olunub.