Ötən həftə Qarabağda 37 mina aşkarlanıb

Xəbərlər

29.11.2021 - 11:37

ANAMA azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan AYNA-ya verilən məlumata görə, noyabrın 22-dən 27-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 1 piyada əleyhinə mina, 36 tank əleyhinə mina və 14 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 50 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş