Ötən gün yol qəzalarında 5 nəfər ölüb

Xəbərlər

04.01.2022 - 10:49

Həkimlər Klinikalar SEO Xidməti

Daxili İşlər Nazirliyi məlumat yayıb

Ötən gün respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb.

Daxili İşlər Nazirliyindən AYNA-ya bildirilib ki, daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 36 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 10 nəfər, o cümlədən, borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş